Tusi Hoca müxtəlif xidmətləri özündə birləşdirən onlayn təhsil platformasıdır.
Tusi Hoca markası olaraq 10 ilə yaxın təcrübəmiz ilə müxtəlif sahələrdə onlayn təhsil xidmətləri təklif edirik. Fəaliyyətimiz müddətində məzun etdiyimiz hər bir tələbəmizin etdiyi təşəkkür verdiyimiz təhsilin qarşılığında aldığımız ən böyük qazancdır.
Müxtəlif kültürlərin, müxtəlif ölkələrin təhsil və təcrübələrini özündə birləşdirən, böyük həssasiyyətlə bir araya yığdığımız təhsil komandamızın hər bir üzvü tələbəsinin uğur qazanması üçün əlindən gələn heç bir şeyi əsirgəmir, tam vicdanla keçirilən tədris saatının hər dəqiqəsinin haqqını ödəyirlər.
Avropada və Azərbaycanda təhsil almış yerli, müxtəlif ölkələrdən olan əcnəbi mütəxəssislərimiz, dizayn proqramlarından süni intellektə qədər, akademik dil imtahanlarından magistratura hazırlığına qədər müxtəlif sahələr üzrə tədris həyata keçirən təhsil komanmdamız hər birinizə xidmət göstərmək üçün yolunuzu gözləyir.